Muarem:

Muarem: "Biz qələbəyə layiq idik"

Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Xəzər Lənkəran"ı 3:2 hesabıyla məğlub edən "Qarabağ"ın iki qolunun müəllifi Muarem Muarem oldu.

Sport7.az oyundan sonra açıqlamasında makedoniyalı futbolçu qələbəyə layiq olduqlarını deyib:

"Rəqib bizi yaxşı təhlil etmişdi. Doğma meydan amili də rəqibin işinə yarayırdı. Oyuna sürətli başladılar. Lakin biz əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, qələbəyə layiq idik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR