Muaytayçılarımız Dünya Çempionatında tarix yazdı (FOTOLAR)

Muaytayçılarımız Dünya Çempionatında tarix yazdı (FOTOLAR)

29 sentyabr- 6 oktyabr tarixlərində Antalya şəhərində keçirilən muaytay üzrə Dünya Çempionatında Azərbaycanı 16 idmançı, 2 məşqçı və 2 hakimlə təmsil olunub.
 
Sport7.az xəbər verir ki, 65 ölkədən 1000 ə qədər idmançının iştirak etdiyi yarışa idmançılarımız uğurla başlayıblar. Hər çəkidə 14-20 idmançı olan mübarizədə 7 muaytayçımız yarımfinala çıxa bilib.

Onlardan 2-si final döyüşlərində də qələbə qazanaraq dünya çempionu olublar. 67 kq çəki dərəcəsində 5 görüşün hamısını qələbə ilə başa vuran və dünya çempionu olan Rəvan Ağazadənin döyüşü böyük maraqla qarşılanıb.
 
Digər idmançılarımız Musa Nuruzadə 1-ci, Rəvan Qasımıv 2-ci, Murad Nuruzadə, Ayxan Əmrahov, Amin Əlili, Səlahəddin Qocazadə isə 3-cü yerləri tutublar.
 
Bu gənc və yeniyetmə muaytayçılarımızın ən yüksək nəticəsidir.
 
Hakimlərimiz Fərid Qarayev və Samirə Həsənova isə səviyyəli hakimlik etdikləri üçün Dünya Federasiyası tərəfindən təltif olunublar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR