Mundial ləğv olundu

Mundial ləğv olundu

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı ləğv edilib.

Sport7.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqı (USİ) 2020-ci ildə keçirilməli olan yarışı koronavirus pandemiyası üzündən təxirə salıb. ABŞ-ın Hyuston şəhərindəki mundial mayın 26-31-də təşkil olunmalı idi.
 
Azərbaycan velosipedçilərinin də iştirak etməli olduğu yarış qeyri-müəyyən müddətə təxirə salınsa da, təşkilatçılar sonda ləğv qərarı verib.

Növbəti mundial 2021-ci il avqustun 20-25-də Niderlandda baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR