Muorinyo üçün əlamətdar tur

Muorinyo üçün əlamətdar tur

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo üçün İngiltərə Premyer Liqasının 33-cü turunda "Everton"la oyun əlamətdar olub.

Sport7.az xəbər verir ki, bu görüşlə portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasında 200-cü qələbəsini qazanıb. O, Aleks Fergüsson, Arsen Venger, Harri Rednapp, Devid Moyesdən sonra 200-cü qələbə səddinə çatmağı bacaran 5-ci məşqçi olub.

Mourinyo 200-cü qələbəsini 326 oyundan sonra qazanıb. Portuqaliyalı mütəxəssis bu göstəricidə təkcə Fergüssondan (322 oyun) geri qalır.
 
"Tottenhem" - "Everton" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR