"Müqavilə məsələsi müzakirədə deyil" - "Qarabağ" rəsmisi

Bildiyiniz kimi, ölkə rəhbərliyi bu gündən etibarən Premyer Liqa klublarının məşqlərə başlaması və ayın 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası ilə bağlı qərar verib.

Bunu nəzərə alaraq Sport7.az gün ərzində klublarımızın hazırlıq planı ilə bağlı xəbərləri oxuculara çatdıracaq. 

Əvvəlcə turnir cədvəlinin lideri, son çempion "Qarabağ"la əlaqə saxladıq. Klubun mətbuat katibi Nurlan İbrahimovdan məşq planı, eləcə də müqaviləsi bitən futbolçuların olub-olmadığını soruşduq.
 
Klub rəsmisinin Sport7.az-a verdiyi açıqlamaya görə, "Bu gündən məşqlərə başlayırıq. Hələlik müqavilə məsələsi müzakirədə deyil. Hər kəs düşərgədədi və bu gündən hər bir oyunçumuz hazırlıqda iştirak edəcəklər". 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən ölkəmizdə tədbiq edilən karantin rejiminə görə mart ayının 13-dən Azərbaycan Premyer Liqasında fasilə yaranıb. 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR