Mövsümün futbolçusu sıradan çıxdı

Mövsümün futbolçusu sıradan çıxdı

"Liverpul" kapitanı Cordan Henderson sıradan çıxıb.

Sport7.az xəbər verir ki, Premyer Liqanın 34-cü turunda "Brayton"la (3:1) qarşılaşmada zədələnən yarımmüdafiəçi üçün mövsümün başa çatdığı bildirilir. 30 yaşlı futbolçunun hətta növbəti mövsümün startını buraxması da istisna edilmir. Henderson cari mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 4 qol, 6 assistlə yadda qalıb.

Henderson BBC-nin azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, Premyer Liqada mövsümün futbolçusu seçilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR