Mxitaryan Bakıya gələ bilər - XİN rəsmisindən açıqlama

Mxitaryan Bakıya gələ bilər - XİN rəsmisindən açıqlama

"Arsenal"ın yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final görüşündə oynaya biləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Associated Press"ə açıqlamasında qeyd edib: "Azərbaycan bir neçə önəmli idman turnirlərinə ev sahibliyi edib. Sözügedən yarışlarda erməni atletləri iştirak ediblər. İdman və siyasət bir-birindən ayrıdı".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici oyunda İngiltərənin "Çelsi" və "Arsenal" klubları üz-üzə gələcəklər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR