Nadal

Nadal "Rolan Qarros"da 12-ci çempionluğunu qazandı

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"a yekun vurulub.

Kişilərin final görüşündə Rafael Nadal və Dominik Tim üz-üzə gəlib. İlk setdə rəqibini bir breyk qabaqlayan Rafa ümumi hesabda önə keçib. İkinci setdə 12-ci qeym həlledici olub. Tim rəqibinin servisində xal qazanaraq matça tarazlıq gətirib. Lakin digər iki set Nadalın üstünlüyü şəraitində keçib. Oyunun qalan hissəsində Timə cəmi iki qeym verən ispan raketka ustası 3 saat 4 dəqiqə davam edən mübarizədən 3:1 hesabı ilə qalib ayrılıb.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

Final

Rafael Nadal (İspaniya) - Dominik Tim (Avstriya) - 3:1 (6:3, 5:7, 6:1, 6:1)


Bu, Nadalın 12-ci "Rolan Qarros" tituludu. "Böyük dəbilqə" trofeylərinin sayını 18-ə çatdıran Rafa bu mənada sadəcə Rocer Federerdən (20) geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR