Nadal bu həftə Cokoviçi

Nadal bu həftə Cokoviçi "taxt"ından endirə bilər

"Rolan Qarros" və "US Open"in son qalibi Rafael Nadal bu həftə yenidən ATP reytinqinin zirvəsinə qayıda bilər.

Nadal bu həftə Akapulkoda korta çıxacaq. O, 45 xalı müdafiə etməlidi. İspan tennisçi yenidən "bir nömrə" olmaq üçün üçüncü dəfə Akapulkoda çempionluq yaşamalı, reytinq cədvəlinin lideri Novak Cokoviç isə Dubayda yarımfinaldan öncə mübarizəni dayandırmalıdı.

Qeyd edək ki, Rafa bu gün Pablo Anduxarla qarşılaşacaq. Cokoviç isə sabah 1/4 finala vəsiqə uğrunda Filipp Kolşrayberlə üz-üzə gələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR