Nadal Cokoviçi geridə qoydu və birinci sıraya yüksəldi

Nadal Cokoviçi geridə qoydu və birinci sıraya yüksəldi

ATP-nin yenilənmiş reytinq cədvəli açıqlanıb.

Rafael Nadal Novak Cokoviçi geridə qoyaraq karyerası ərzində 8-ci dəfə liderliyə yüksəlib. Stefanos Tsitsipas Aleksandr Zverevlə yerini dəyişib və 6-cı sıraya yüksəlib.

"Paris Masters"də titulunu müdafiə edə bilməyən Karen Xaçanov top-15-dən kənarda qalıb. Sözügedən turnirdə 1/4 finala kimi irəliləyən Qael Monfis "ilk onluğ"a qayıdıb.

"Paris Masters"in finalçısı Denis Şapovalov top-15-də debüt edib. Yarımfinalda mübarizəni dayandıran Qriqor Dimitrov isə 27-ci pilləyə kimi geriləyib.


ATP-nin reytinq cədvəli

1 (2). Rafael Nadal (İspaniya) - 9585 xal
2 (1). Novak Cokoviç (Serbiya) - 8945
3 (3). Rocer Federer (İsveçrə) - 6190
4 (4). Daniil Medvedyev (Rusiya) - 5705
5 (5). Dominik Tim (Avstriya) - 5025
6 (7). Stefanos Tsitsipas (Yunanıstan) - 4000
7 (6). Aleksandr Zverev (Almaniya) - 2945
8 (9). Matteo Berrettini (İtaliya) - 2670
9 (10). Roberto Bautista-Aqut (İspaniya) - 2540
10 (13). Qael Monfis (Fransa) - 2530
---
15 (28). Denis Şapovalov (Kanada) - 2050
17 (8). Karen Xaçanov (Rusiya) - 1840
20 (27). Qriqor Dimitrov (Bolqarıstan) - 1747

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR