Nadal:

Nadal: "Mariya ilə 15 ildi sevgiliyik, ona görə də toydan sonra həyatımızda dəyişiklik olmadı"

Rafael Nadal Parisdə keçiriləcək "Masters" seriyalı turnirdə iştirak edəcək. Bu, onun toydan sonra qatılacağı ilk turnir olacaq.

Rafa toy və karyerasının toydan sonrakı gedişatı barədə danışıb:

"Həm mən, həm həyat yoldaşım, həm də yanımızda olan hər kəs üçün möhtəşəm gün idi. Amma artıq tura qayıtmaq zamanıdı.

Şübhəsiz ki, Paris karyeramın ən önəmli şəhəridi. Bununla belə, Bersidə heç vaxt qalib olmamışam. Turnirin startını səbirsizliklə gözləyirəm.

Toydan sonra həyata və ya tennisə baxışım dəyişməyib. Mariya (Nadalın həyat yoldaşı - red.) ilə 15 ildi sevgiliyik, ona görə də həyatımızda dəyişiklik olmadı. Sadəcə, evlənmək zamanı gəlmişdi deyə ailə qurduq. Həyat davam edir".

Qeyd edək ki, oktyabrın 19-da Malyorkada Rafael Nadal və Mariya Françiska Perelyonun toy mərasimi baş tutmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR