Nadal

Nadal "US Open"də iştirakdan imtina etdi

Dünya "iki nömrə"si Rafael Nadal "Böyük dəbilqə" seriyalı "US Open" turnirində çempionluq titulunu müdafiə etməyəcəyini açıqlayıb.

Sport7.az xəbər verir ki, Nadal "Twitter" hesabındakı paylaşımında "US Open"də iştirakdan imtina etdiyini bəyan edib:

"Uzun müddət düşündükdən sonra bu il "US Open"də iştirak etməmək qərarına gəldim. Sağlamlığımız üçün təhlükə davam edir. Dünya koronavirusun yeni dalğası ilə üz-üzədi. Görünür, vəziyyət nəzarətdən çıxıb. 4 aylıq fasilədən sonra oyunçulara təklif olunan tur təqvimi isə qorxuncdu.

Təşkilatçıların turnirin keçirilməsi ilə bağlı cəhdlərini anlayışla qarşılayıram və onlara təşəkkür edirəm. Tennisçilər və azarkeşlər üçün yarışlar keçirməyə çalışdıqları üçün ABŞ Tennis Assosiasiyası (USTA), "US Open"in təşkilatçıları və ATP-yə sonsuz hörmətim var. Mənim üçün bu qərarı vermək çətin idi, amma sonda ürəyimin səsini dinləməyi seçdim".

"US Open" avqustun 31-də başlayacaq. Nadal turnirin son qalibidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR