Naim Süleymanoğlunun xatirə turnirindəki çıxışlarımıza Səbinə Əzimova start verdi

Naim Süleymanoğlunun xatirə turnirindəki çıxışlarımıza Səbinə Əzimova start verdi

Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
 
Sport7.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Bu gün onlardan ilk olaraq Səbinə Əzimova qüvvəsini sınayıb. O, qadınlarda 55 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 173 kq (75+98) nəticə ilə 4-cü yeri tutub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR