"Napoli"nin futbolçusu qərarını verdi

"Napoli"nin hücumçusu Xose Kalyexon gələcəyi ilə bağlı qərarını verib.

Sport7.az xəbər verir ki, 33 yaşlı forvard klubun yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə məlumat yayan ispan futbolçu bildirib ki, klub prezidenti Aurelio De Laurentis yeni sözləşmə təklif etsə də, danışıqlar mənfi nəticə verib: "Göstərilən diqqətə görə təşəkkür edirəm. Mövqelərimiz fərqli olsa da, heç vaxt aramızda münaqişə olmayıb".

Kalyexonun "Napoli" ilə müqavilə müddəti bu ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR