"Narkomaniyaya Yox Deyək!" devizi altında yarış keçirildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kung-fu Federasiyasının və "Cənub" İdman Klubunun birgə təşkilatçılığı ilə 07-08 sentyabr 2019-cu il tarixlərində Cəlilabad Olimpiya İdman Kompleksində kung-fu idman növü üzrə yeniyetmələr, gənclər, kişilər və qızlar arasında "Narkomaniyaya Yox Deyək!" devizi altında II Azərbaycan Kuboku keçirilmişdir.
 
Sport7.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd Respublikamızda kung-fu idman növünü inkişaf etdirmək, ilkin yaş qruplu idmançıları bu idman növünə cəlb etməklə yanaşı, yeniyetmələr, gənclər, kişilər və qızlar arasında sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası olmuşdur.
 
Yarış SANDA və TAOLU uslubunda keçirilmişdir. Yarışda Cəlilabad rayon İcra Hakimiyyətinin Başçısı Namiq Zeynalov, Kung-fu Federasiyasının Prezidenti Nurlan Aslanov, hüquq mühafizə orqanlarının rəhbərləri, veteran idmançılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Müxtəlif regionlardan 16 komanda olmaqla 200-dən çox idmançı iştirak etmişdir. Yarışda I yerə Cəlilabadın "Cənub", II yerə "Neftçi" və III yerə "Sarvan" İdman Klubu layiq görülmüşdür. Qaliblər kubok, medal və diplomlarla təltif olunmuşdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR