Nazirdən Rusiya klublarına xəbərdarlıq: Türk futbolçuları transfer etməyin!

Nazirdən Rusiya klublarına xəbərdarlıq: Türk futbolçuları transfer etməyin!

Rusiya Futbol İttifaqının prezidenti ya İdman naziri Vitali Mutko maraqlı açıqlamaları ilə yadda qalıb. Sport7.az xəbər verir ki, o, Türkiyə-Rusiya münasibətlərinin futbola yansıyacağını da gizlətməyib.

Belə ki, Mutko rus klublarını Türkiyədən olan futbolçulara maraq göstərməməyə çağırıb. Federasiya rəhbəri qış transferi dönəmində türk futbolçuların heyətə cəlb olunmamasına dair klublara xəbərdarlıq edib.

Maraqlıdı ki, Vitali Mutko "Rubin"lə müqaviləsi davam edən Gökdəniz Karadeniz haqda fərqli fikirdədi. Nazir türkiyəli futbolçunu rus hesab edir: "Gökdəniz Karadeniz yüksək səviyyəli futbolçudu. Ona rus da deyə bilərik. Çox yaxşı insandı. Hər kəs onun kimi olsaydı, hər şey yaxşı olardı".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR