Nazirdən saqqallılara dəstək

Nazirdən saqqallılara dəstək

Son günlər saqqallı futbolçulara qarşı səslənən fikirlər Türkiyədə gündəmi zəbt edib. «Gənclərbirliyi»nin prezidenti İlhan Cavcavın açıqlaması isə əməlli-başlı ajiotaj yaratdı. O, məşqlərə saqqalı gələn futbolçuları 9000 dollar məbləğində cərimələyəcəyini bildirdi. Hətta yerli futbol federasiyasının rəhbərliyindən ümumiyyətlə, Türkiyə çempionatında oyunçuların saqqal saxlamasına qadağa qoyulmasını təklif etdi.

Sport7.Az xəbər verir ki, bu məsələ parlamentdə də müzakirə olunub. Türkiyənin idman və gənclər naziri Akif Kılıç futbolçunun zahiri görünüşünə müdaxilə etməyin yersiz olduğunu bildirib:

"Futbolçu meydana necə çıxacaqsa, buna özü qərar verməlidi. Heç kimin şəxsi işlərə qarışmağa haqqı yoxdu".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR