Nazirlik idman mətbuatından razıdır - AÇIQLAMA

Nazirlik idman mətbuatından razıdır - AÇIQLAMA

"İşlədiyim jurnalistlər var və zamanla onların sayı artır. Bu hal məni çox sevindirir".

Bu sözləri Sport7.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova idman mətbuatının bugünkü vəziyyətini dəyərləndirərkən deyib. 

Qurum rəsmisi nazirlik ilə mətbuat arasındakı əlaqələrdən də bəhs edib: 

"Nazirliyə, şəxsən mənə dost olan, etibar etdiyim, yazısına, qələminə çox böyük hörmətlə yanaşdığım jurnalistlər var. Mükəmməllik çox çətindir. Necə ki, jurnalistlər tam razı olmurlar, mən də qeyd edim ki, hər bir işdə nöqsanlar, müəyyən çətinliklər, bəzən boşluqlar da olur. İnkişaf yolu odur ki, o boşluqları, nöqsanları düzəldəsən, çətinlikləri aradan qaldırasan. Ancaq sevindiricidir ki, peşəkar idman jurnalistlərinin sayı günbəgün artır.
 
Gənclər və İdman Nazirliyinin bir rəsmisi olaraq, cənab nazirin göstərişi ilə imkan daxilində nazirlik xətti ilə bizim idman jurnalistlərini mötəbər və beynəlxalq idman yarışlarına göndəririk ki, həmin o idman jurnalisti daha çox inkişaf etsin, beynəlxalq mətbuatla əlaqələrin qurulmasında, beynəlxalq mətbuatın iş prosesisin öyrənilməsində bəhrəsi, faydalı tərəfləri olsun.
 
Ümumilikdə idman mətbuatının bugünkü səviyyəsi məni qane edir. Çünki ən azından əvvəlki illərlə müqayisədə idman saytlarının sayı artıb. Debütantlar hər sahədə var. Biz də çalışırıq ki, peşəkarlarla işləyək. İnsan debütant ola bilər, amma əsas məsələ odur ki, yeni başlayan insan inkifaşa meyilli olsun. Əgər inkişafa meyillidirsə, demək ki, qarşılıqlı anlayış da, çox yaxşı iş birliyi də olacaq. Elə yaxşı ki, bizim nazirliyin çox peşəkar idman jurnalisti olan dostları var". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR