NBA:

NBA: "Boston", "Miluoki" və "Hyuston" fərqi artırdılar

NBA-da pley-off mərhələsinin növbəti görüşləri keçirilib.

Şərq konfransında "Boston" "İndiana", "Miluoki" isə "Detroyt" üzərində növbəti qələbəsini qazanıb. "Seltiks" - "Peysers" matçına 37 xal, 7 assistlə oynayan Kayri Örvinq damğa vurub. "Baks" - "Pistons" görüşündə Erik Bledsou 27 xalla oyunun ən məhsuldarı olub, Yannis Adetokumbo isə 26 xal, 12 ribaundla dabl-dabla imza atıb.

Gecənin digər qarşılaşmasında "Hyuston" "Yuta"nı məğlub edərək seriyadakı fərqi artırıb. "Rokets"in heyətində Ceyms Harden tripl-dabl edib: 32 xal, 13 ribaund, 10 assist.


NBA

Pley-off

İlk tur

Şərq konfransı

"Boston Seltiks" - "İndiana Peysers" - 99:91

Seriyada hesab - 2:0

"Miluoki Baks" - "Detroyt Pistons" - 120:99

Seriyada hesab - 2:0


Qərb konfransı

"Hyuston Rokets" - "Yuta Caz" - 118:98

Seriyada hesab - 2:0

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR