NBA:

NBA: "Boston" və "Portlend" seriyada öndə

NBA-da pley-off mərhələsinin ilk turunun oyunları keçirilir.

Şərq konfransında "Boston" doğma meydanda "İndiana"nı qəbul edib. Ev sahibləri üçüncü perioddakı seriya sayəsində sonda qələbəni bayram edib. "Boston"un heyətində Kayri Örvinq (20 xal, 7 assist) və kənardan oyuna daxil olan Markus Morris (20 xal, 7 ribaund) qalibiyyətdə əsas pay sahibi olublar. Konfransın lideri "Miluoki" isə çətinlik çəkmədən "Detroyt"u məğlub edərək seriyada irəli keçib.

Qərbdə "Oklahoma Siti" "Portlend"in qonağı olub. Demyan Lillard (30 xal) və Enes Kanterin (20 xal, 18 ribaund) oyunu sayəsində ev sahibləri 104:99 hesablı qələbə qazanıblar. "Tander"in heyətində Rassell Uestrbukun tripl-dablı (24 xal, 10 ribaund, 10 assist) və Pol Corcun dabl-dablı (26 xal, 10 ribaund) qalibiyyət üçün yetərli olmayıb. Konfransın digər matçında isə "Hyuston" "Yuta"ya şans verməyib - 122:90.


NBA

Pley-off

İlk tur

Şərq konfransı

"Boston Seltiks" - "İndiana Peysers" - 84:74

Seriyada hesab - 1:0

"Miluoki Baks" - "Detroyt Pistons" - 121:86

Seriyada hesab - 1:0


Qərb konfransı

"Portlend Treyl Bleyzers" - "Oklahoma Siti Tander" - 104:99

Seriyada hesab - 1:0

"Hyuston Rokets" - "Yuta Caz" - 122:90

Seriyada hesab - 1:0

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR