NBA

NBA "Hyuston"un Hardenin dankı ilə bağlı etirazını rədd edib (VİDEO)

NBA "Hyuston"un "San Antonio" ilə oyunda (133:135) Ceyms Hardenin sayılmayan dankı ilə bağlı etirazını qəbul etməyib.

NBA görüşü idarə edən hakimlərin səhvini qəbul edib. Buna baxmayaraq, liqanın rəhbəri Adam Silver etiraza rədd cavabı verilməsini "Rokets"in matçın qalan hissəsində vəziyyəti düzəltmək üçün kifayət qədər zamana sahib olması ilə əlaqələndirib.

Harden dank vuranda 4-cü periodun sonuna 8 dəqiqəyə yaxın vaxt qalmışdı və "Hyuston" hesabda 102:89 öndə idi. Oyunun qalibi iki overtaym sonunda müəyyənləşmişdi.

Sözügedən matçı idarə edən hakimlər - Ceyms Kapers, Kevin Skott və Conn Batler intizam cəzası alıblar.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR