NBA:

NBA: "Qolden Steyt" final seriyasını bərabərləşdirdi (VİDEO)

NBA-da final seriyasının ikinci görüşü keçirilib.

"Toronto" "Qolden Steyt"i qəbul edib. Ev sahibləri ilk yarını 5 xal fərqi ilə öndə bitiriblər. Ancaq üçüncü periodun əvvəllərindən etibarən "Vorriorz" ardıcıl xallar hesabına üstünlüyü ələ keçirib və sonadək əldən verməyib. "Toronto"nu 109:104 hesabı ilə məğlub edən "Qolden Steyt" final seriyasına tarazlıq gətirib. Kavay Lenard 34 xal, 14 ribaundla qarşılaşmanın ən məhsuldarı olub. "Qolden Steyt"in heyətində isə Kley Tompson 25 xalla matçı tamamlayıb.


NBA

Final seriyası (üçüncü görüş)

"Toronto Rəptors" - "Qolden Steyt Vorriorz" - 104:109

Seriyada hesab - 1:1


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR