NBA:

NBA: "Qolden Steyt" "Portlend" seriyasına qələbə ilə başladı

NBA-da pley-off mərhələsi davam edir.

Ötən gecə Qərb konfransında final seriyasına start verilib. "Qolden Steyt" "Portlend"i qəbul edib. Oyun başdan-sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə çətinlik çəkmədən qələbə qazanan "Vorriorz" seriya hesabını açıb. 15 üçlük cəhdinin 9-da dəqiq olan Stefen Körri 36 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. "Portlend"in heyətində isə Demyan Lillard 19 xalla oynayıb.

NBA

Pley-off

Qərb konfransı (final)

"Qolden Steyt Vorriorz" - "Portlend Treyl Bleyzers" - 116:94

Seriyada hesab - 1:0

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR