NBA:

NBA: "Qolden Steyt" "Toronto"nun çempionluğu rəsmiləşdirməsinə izin vermədi

NBA-da final seriyasının 5-ci görüşü keçirilib.

"Toronto" "Qolden Steyt"i qəbul edib. Oyunun böyük bir hissəsində "Vorriorz" hesabda üstün tərəf olub. Buna baxmayaraq, matçın sonlarına yaxın "Toronto" fərqi qapadıb və hətta önə də keçib. "Rəptors" son iki dəqiqəyə 103:97 irəlidə girsə də, "Qolden Steyt" ardıcıl 3 üçlük sayəsində oyundan qalib ayrılaraq Kanada təmsilçisinin çempionluğu rəsmiləşdirməsinə mane olub.

Stefen Körri 31 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. "Toronto"nun heyətində Kavay Lenard 26 xal, 12 ribaundla oynayıb. Kley Tompson da matçı 26 xalla tamamlayıb. 11 dəqiqə meydanda qalan Kevin Dyurent isə 11 xalla yadda qalıb. KD ikinci periodun gedişində zədələndiyi üçün oyunu davam etdirə bilməyib.


NBA

Final seriyası (5-ci oyun)

"Toronto Rəptors" - "Qolden Steyt Vorriorz" - 105:106

Seriyada hesab - 3:2


Seriyanın 6-cı matçı Bakı vaxtı ilə iyunun 13-dən 14-nə keçən gecə oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR