"Toronto" NBA finalının bir addımlığında

NBA-da Şərq konfransının final seriyasında beşinci görüş keçirilib.

"Miluoki" "Toronto"nu qəbul edib. Ev sahibləri birinci və üçüncü periodun gedişində üstünlüklərini 12 xala çatdırsalar da, xal fərqi üçüncü periodun sonlarına doğru "əriyib" və hətta dördüncü periodda "Rəptors" önə keçib. Son dəqiqələri daha yaxşı oynayan "Toronto" səfərdə vacib qələbə qazanaraq seriya hesabını xeyrinə dəyişib. Növbəti qalibiyyət Kanada təmsilçisini NBA finalına çıxaracaq.

Kavay Lenard 35 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. "Miluoki"nin heyətində isə Yanni Adetokumbo 24 xalla matçı tamamlayıb.


NBA

Pley-off

Şərq konfransı (final seriyası)

"Miluoki Baks" - "Toronto Rəptors" - 99:105

Seriyada hesab - 2:3


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR