Nəbiyev:

Nəbiyev: "Baş katibin Tovuz rəhbərliyi ilə görüşmək planı..."

Bu yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov Tovuza səfər etdi. Əvvəlcə Tovuzda inşa ediləcək akademiyanın yerini ziyarət edən, hansı şəkildə tikiləcəyi ilə bağlı "Turan Tovuz" rəsmilərilə də müzakirələr aparan Məmmədovun rayon rəhbərliyi ilə görüşmək planı da vardı. Ancaq rəhbərlik AFFA rəsmisini qəbul etməyib. Hər halda bizə çatan məlumatlar arasında baş katibin rayon rəhbərliyi ilə görüşmək istəyinin geri çevrilməsi də yer alır. 

Məsələ ilə bağlı "Turan Tovuz"un İcraçı Direktoru Nadir Nəbiyevlə danışdıq. Nəbiyev Sport7.az-a açıqlamasında akademiyanın inşası ilə bağlı suallarımızı da cavabladı: "Açığı əməliyyat olunduğum üçün onunla görüşə bilmədim. Amma mətbuatda oxudum ki, Elxan Məmmədov rayon rəhbərliyi ilə görüşmək istəyib, lakin qəbul etməyiblər. Belə şey, ümumiyyətlə onun rayon rəhbərliyi ilə görüşmək planı olmayıb. Biz əvvəlcədən bilirdik ki, Məmməd müəllim rayonda yoxdu. Bundan Elxan Məmmədovun da xəbəri vardı. Sadəcə, o Tovuzdakı işləri, prosesin gedişatını, stadionun harda salınacağını, akademiyanın hansı tərəfdə yerləşəcəyini gözləri ilə görmək istəyirdi. Həmin ərəfədə rayon rəhbərliyinin məlumatı oldu deyə, İcra Başçısının müavini Rəşad Zeynalov gəldi, başçının sözlərini ona çatdırdı. Lazımi dəstək verə biləcəklərini söylədi. Baxdım ki, düzgün məlumat verilməyib. Niyə belə olmuşdu deyə bilmərəm. İnşallah gələcəkdə görüş olacaq. Demək istəyirəm ki, bunlar boşuna deyil. Elxan müəllim də orda sırf kiminləsə görüşməyə getməmişdi.
Mütəxəssislər gəlmişdi, çəkilişlər də olmuşdu. Tikiləcək akademiyanın, binanın bünövrəsinə baxırdılar. Həmin insanlar Elxan Məmmədovdan əvvəl də gəlmişdilər, sonra da. 

Nəbiyev tikinti prosesi ilə bağlı bunları bildirdi: "Avqusta qədər tikinti başa çatmalıdı. Meydançalar hazır olmalıdı. O vaxtı meydança tikmişdilər. İndi də bunun üstünün örtülüb-örtülməməsi ilə bağlı müzakirələr gedir.  Mütəxəssislər deyir ki, bunun bönövrəsinə baxandan sonra üstünün örtülüb-örtülməməsi ilə bağlı qərar vermək olar. Hər halda onlarla bizim fikirlərimiz eyni deyil. Tikintiyə hələ başlanılmayıb. Çünki çempionat gedir, uşaqlar oynayır. Mövsüm bitəndən sonra, daha doğrusu may ayından etibarən tikintiyə başlanılmalıdı. Hər şey maliyyədən asılıdı. Bu və işçi qüvvəsi olandan sonra meydançanı 3 aya başa çatdırmaq mümkündü. Çünki meydançanın salınması üçün əvvəlcədən müəyyən işlər görülüb, yeri də hazırdı. Yenidən iş görməyə ehtiyac yoxdu. Bu da bir qədər vaxt aparacaq. Tikinti var, sadəcə təmir olunmalıdı".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR