"Neftçi" 2 ildən sonra "Qarabağ"a qalib gəldi - YENİLƏNİR

Bu gün Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində daha bir qarşılaşma keçiriləcək. Sport7.az xəbər verir ki, Azərbaycan derbisində son iki mövsümün çempionu "Qarabağ" səfərdə "Neftçi"nin qonağı olacaq.

"Bakcell Arena"da üz-üzə gələcək komandaların görüşündə sözsüz ki, favorit olan tərəf ağdamlılardı. Son iki ilin çempionu "Qarabağ"ın rəqibi ilə matça 16 (!) xallıq fərqlə çıxması, bunun bariz sübutudu. Bugünə qədər bakılılar Qurban Qurbanovun komandasına az-çox müqavimət göstərə bilirdisə, son oyunlarda heç bunun da şahidi olmuruq. "Qarabağ" açıq-aşkar rəqibini üstələməyi bacarır.

Maraq üçün onu da qeyd edək ki, "Qarabağ" sonuncu dəfə "Neftçi"yə 2013-cü ilin mayında uduzub. "Neftçi” 9 oyundur "Qarabağ”a qalib gəlmir. Bakılılar bu qarşılaşmalarda cəmi 4 xal əldə edib.

17:00. "Neftçi” 1:0 "Qarabağ”
Qol: Rəhman Hacıyev, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
Bakı. "Bakcell Arena”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR