"Neftçi" azarkeşləri əyləndirəcək

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fanzona yaradılacaq.
 
Sport7.az xəbər verir ki, "Red Bull” və "Lalafo”nun dəstəyi ilə təşkil olunacaq fanzonada azarkeşləri müxtəlif əyləncələr gözləyir. Fanzonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdı.

Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR