"Neftçi" Azərbaycana neçə xal qazandırdı? (REYTİNQ)

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
 
Sport7.az xəbər verir ki, "Neftçi”nin Moldova təmsilçisi "Sperantsa” üzərində 6:0 hesablı qələbəsi Azərbaycanın aktivinə yenə 0,250 xal qazandırıb.
 
Lakin Avroliqa ilə vidalaşan "Səbail" ardıcıl ikinci məğlubiyyətini alaraq aktivinə xal yazdıra bilməyib.

Son 5 mövsümün ümumi nəticələrinə əsasən reytinq xalını 16,250-yə çatdıran Azərbaycan 26-cı pillədə qalıb.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR