"Neftçi" braziliyalını gəzdirir

"Neftçi”nin dəvəti ilə Bakıda səfərdə olan Braziliyanın "Fluminense” klubunun nümayəndəsi Marselo Teşeyra bakılıların ev oyunlarını keçirdiyi "Bakcell Arena”ya baş çəkib. Sport7.az xəbər verir ki, brazliyalı qonaq stadionun ərazisini gəzərək, buradakı şəraitlə tanış olub.

Qonağa arenanın SKY Box, VİP və Media sektorları göstərilib. Daha sonra Teşeyra "Bakcell Arena”nın mətbuat zalı və digər inzibati otaqları ilə tanış olub, ona stadion haqqında ətraflı məlumat verilib. Stadionun müasir tələblərə uyğun şəkildə inşa etdirildiyini deyən qonaq, futbolun inkişafı üçün belə arenaların onəmini diqqətə çatdırıb.

"Bakcell Arena” ilə tanışlıqdan sonra Teşeyra "Neftçi”nin nümayəndələri ilə birgə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna yollanıb. Braziliyalı qonağa "Neftçi”nin yeni təlim-məşq bazasının burada inşa etdiriləcəyi ilə bağlı məlumat verilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR