"Neftçi" bu gün Avstriyaya gedir

Ölkəmizi Avroliqada təmsil edəcək "Neftçi" bu gün Avstriyaya yola düşür.

Sport7.az-ın əldə etdiyi xəbərə görə, Bakı klubunun təlim-məşq toplanışının planı tam dəqiqləşib.

Belə ki, komanda iyunun 21-də Rumıniyanın "Botoşan" klubu ilə qarşılaşacaq. Botoşan klubunun rəsmi saytı iyunun 20-də "İnter"lə qarşılaşacaqlarını yazsa da, bu belə deyil. Çünki "İnter"in Avstriya toplanışının ləğv olunduğu artıq dəqiqdir. 

İyunun 24-də isə "Neftçi"ni Albaniyanın gümüş mükafatçısı "Kukesi" komandası ilə görüş gözləyir. Avstriyanın Vaidrinq qəsəbəsində baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Ukrayna mətbuatının ilkin olaraq yazdığı kimi, "Şaxtyor"la görüş bu gün yox, düz 10 gün sonra keçiriləcək. Yəni Ukraynanın gümüş medalçısı ilə matç iyunun 27-də baş tutacaq.

Qeyd edək ki, 5 gün sonra UEFA-nın mənzil-qərargahı olan İsveçrənin Nyon şəhərindəki püşkatma "Neftçi"nin vətənə qayıdın-qayıtmamasını müəyyənləşdirəcək. İlkin olaraq "Neftçi" iyunun 28-də vətənə dönməlidir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR