"Neftçi" hücumçu transfer edəcəkmi?

"Bir hücumçuya ehtiyacımız var. Həmin transfer üzərində iş aparırıq. Ola bilər, avrokuboklardakı ilk oyunumuza qədər gerçəkləşsin”.
 
Sport7.az xəbər verir ki, bu sözləri "Oxu.Az”-a "Neftçi”nin idman direktoru Ceyhun Sultanov deyib.
 
Fransalı Baqaliy Dabonun Kiprin "Apollon” klubuna keçidindən sonra "Neftçi”də yeganə nominal mərkəz hücumçusu Mirabdulla Abbasovdur. Mərkəz hücumçusu axtaran "Neftçi” forvard transferində problemlə üzləşib. C.Sultanov bu transferlə bağlı son məsələni diqqətimizə çatdırıb:
"Təki hücumçu transferi edək – belə yanaşma da düzgün deyil. Çünki bu dəqiqə transfer bazarında nə qədər istəyirsinizsə, hücumçu var. Amma hücumçudan hücumçuya fərq var. Baş məşqçimiz Füzuli Məmmədovun istədiyi meyarlara uyğun futbolçunu hücum xəttinə transfer etmək istəyirik.
 
Elə olur ki, bu tələblərə uyğun futbolçu tapırıq. Amma həmin oyunçu Azərbaycan çempionatında oynamaq istəmir və ya gəlmək istəyir, ancaq maliyyə baxımından razılığa gələ bilmirik. Ona görə də hücumçu transferini avrokuboklara qədər çatdıra da bilərik, çatdırmaya da”.
 
Qeyd edək ki, "Neftçi” avqustun 27-də Bakıda Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi” komandası ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR