"Neftçi" ilə tovuzlulardan qələbə, çempion xal itirdi

Birinci Divizionun 4-cü turu çərçivəsində dünən 3 oyun baş tutub.
 
Sport7.az xəbər verir ki, "Sumqayıt-2" doğma meydanda Birinci Divizionun son çempionu MOİK-lə qarşılaşıb və matç 0:0 hesabı ilə nəticələnib. Qərb derbisində isə "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesablı məğlubiyyətə uğradıb. Bu tovuzluların ardıcıl 4-cü qələbəsi olub və komanda hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Neftçi"nin əvəzediciləri isə səfərdə "Ağsu"nu 3:0 yenib. 
 
4-cü tur çərçivəsində bu gün daha 3 oyun baş tutacaq. "Sabah-2" Binədə meydan sahibi kimi "Qaradağ Lökbatan"ı qəbul edəcək. "Qarabağ-2" "Səbail"in, "Zaqatala" isə "Zirə"nin əvəzediciləri ilə qarşılaşacaq. Bu tur istirahət etmək növbəsi isə "Keşlə-2"nin olacaq.
 
Birinci Divizion, 4-cü tur 
 
"Suqmayıt-2" - MOİK 0:0
 
"Turan Tovuz" - "Kəpəz" 2:0
(Sənan Qocayev, 61; Elçin Qasımov, 66) 

"Ağsu" - "Neftçi-2" 0:3
(Seymur Əliyev, 12; Melih Mehmet Ali Serin, 22; Əlibəy Məmmədli, 35) 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR