"Neftçi" İŞİD olsaydı...

Milli komandamızın Norveçlə oyunu zamanı polislə "Neftçi" klubunun azarkeşləri arasında xoşagəlməz hal yaşanıb. Belə ki, polis "Neftçi"nin bayrağı ilə İŞİD bayrağını səhv salıb.

Sportpress.az saytına açıqlama verən "Neftçi"də işləyən Elnur Əşrəfoğlu məsələyə aydınlıq gətirmək istəyərkən, faktiki olaraq, Azərbaycan dövlətinin "Neftçi"dən zəif olmasını bildirib.

"Neftçi”nin bayrağı İŞİD-ın bayrağı ilə səhv salına bilməz. Bizim bayraq ağ-qaradı. "Neftçi”nin bayrağında fərqli, özünəməxsus loqo da var. "Neftçi” İŞİD olsaydı, qarşısında heç kim dayana bilməzdi. Bir o qalmışdı ki, bizi İŞİD-lg səhv salsınlar” deyə Əşrəfoğlu bildirib.

Necə yəni, "Neftçi"nin qarşısında heç kim dayana bilməzdi? Maraqlıdı, "Neftçi" Azərbaycandan qüdrətli dövlətdi? Və ümumiyyətlə, dövlətdimi? Yoxsa "Neftçi" hansısa siyasi, hərbi bir quruma çevrilib? Qəribədi, Azərbaycanda yeni - "Neftçi" adlı dövlət yaradılıb? Yox, əgər bu, sadəcə, səriştəsiz bir açıqlamadısa, yəqin ki, "Neftçi"nin mətbuat xidməti təcili şəkildə əməkdaşının qüsuru ilə bağlı rəsmi məlumat yaymalıdı. Gözləyirik...


Sport7.Az




Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR