"Neftçi" istirahət etmədi

"Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığına başlayıb.
 
Sport7.az xəbər verir ki, "Keşlə” ilə görüşdən sonra bərpa məşqi edən komanda fasilə vermədən bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Fevralın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 15:00-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR