"Neftçi" xal itirdi, "Qəbələ" qələbə qazandı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında iki matçla 24-cü tura yekun vurulacaq.

Sport7.az xəbər verir ki, günün ilk görüşü "ASK Arena"da  baş tutub. "Qəbələ" səfərdə "Keşlə"nin qonağı olub. İkinci hissə başlayan kimi hesabda önə keçən bölgə təmsilçisi, 65-ci dəqiqədə Volkovun qolu ilə üstünlüyü 2 topa çatdırıb. Düzdü matçın 76-cı dəqiqəsində Sənan Qurbanovun komandası qapısında qol görsə də bu komandanın qələbəsinə əngəl törətməyib. Buna baxmayaraq komanda 3-cü pilləyə yüksəlmək şanslarını itirməyib. 
 
Bayılda baş tutan "Səbail" - "Neftçi" matçı isə gözləniləndən daha maraqlı alınıb. Bu oyunda da hesab ikinci hissədə açılıb. Görüşün 50-ci dəqiqəsində Mirabdulla Abbasov Namiqin ötürməsindən sonra komandasını irəli çıxarıb. Ancaq 81-ci dəqiqədə "Səbail" gənc futbolçu Ədilxan Qarəhmədovun qolu ilə hesabı bərabərləşdirib. Hətta Aftandil Hacıyevin komandası bundan cəmi 4 dəqiqə sonra Ağabala Ramazanovla ikinci qolu vuraraq "Neftçi"yə şok yaşadıb. Ancaq "Neftçi" kimi "Səbail" də üstünlüyü qoruyub saxlaya bilməyib. 90+6-cı dəqiqədə "Neftçi"nin müdafiəçisi Mamadu Mbodj məharətini göstərərk komandasını qoldan xilas edib. Roberto Bordinin komandası məğlubiyyətdən son anda xilas olsa da vacib xallar itirildiyinə görə turnir cədvəlinin ikinci pilləsində qalıb. Hazırda turnir cədvəlinə məhz "Qarabağ" liderlik edir və ən yaxın rəqibini 2 top fərqi ilə qabaqlayır. 

Azərbaycan Premyer Liqası, 24-cü tur

14 aprel (bazar)

15.00. "Keşlə” – "Qəbələ” 1:2
(Ceyms Adeniyi, 46, David Volkov, 65, Con Kamara, 76) 

"Keşlə": 30. Davud Kərimi, 4. Slavik Alxasov (k), 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 10. Ruslan Nəsirli, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın
Baş məşqçi: Tərlan Əhmədov
 
"Qəbələ": 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 2. Amin Seydiyev, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 9. David Volkov, 28. Stiven Monroz, 10. Rauf Əliyev
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 35. Murad Popov, 88. Sabien Lilay, 98. Rövlan Muradov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 77. Samir Qurbanov, 33. Vüsal Məsimov, 21. Lalavele Atakora, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov
Baş məşqçi: Zaur Həşimov

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
"ASK Arena”

18.00. "Səbail” – "Neftçi” 2:2
(Mirabdulla Abbasov, 50, Ədilxan Qarəhmədov, 81, Ağabala Ramazanov, 85, Mamadu Mbodj, 90+6) 

"Səbail”: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 27. Emil Martinov, 28. Kevin Kubemba, 21. Oke Akpoveta , 7. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov , 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 9. İmanol İriberri, 6. Maykl Esyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

"Neftçi”: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 6. Qoran Paratski, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 18. Tural Axundov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 16. Canluka Sansone, 4. Petru Raku, 33. Turan Vəlizadə, 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin

Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov
"Bayıl Arena”

Turun ilk iki matçı aşağıdakı kimi nəticələnib:

"Zirə” – "Sumqayıt” 2:0
(Sezar Rodrigez 33,  İlkin Qırtımov, 90+1)

"Qarabağ” – "Sabah” 3:0 
(Almeyda, 10, Ozobiç, 60, Mahir Mədətov 77)
 
N Klublar O Q H M T-F X
1 Qarabağ 24 16 6 2 52-19 54
2 Neftçi 24 15 7 2 43-19 52
3 Səbail 24 10 5 9 29-27 35
4 Qəbələ 24 8 9 7 27-26 33
5 Sabah 24 7 5 12 19-34 26
6 Zirə 24 6 7 11 23-34 25
7 Sumqayıt 24 5 5 14 18-38 20
8 Keşlə 24 5 4 15 23-37 19
 
Bombardir: Baqali Dabo ("Neftçi") - 11 qol
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR