"Neftçi" "Qarabağ" üçün başladı (FOTOLAR)

"Neftçi” məşqləri bərpa edib.
 
Sport7.az xəbər verir ki, Premyer Liqanın 3-cü turunda "Sumqayıt” üzərində qələbədən (2:1) sonra üç günlük fasiləyə buraxılan komanda dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
 
Məşqdə zədəli Soni Mustivar, həmçinin milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR