"Neftçi" qələbə ilə başladı

"Neftçi” PFK-nın U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan "Dəri top” turnirinə qələbə ilə başlayıb. Sport7.az xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri ilk oyunda "Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 11 komandanın iştirakı ilə keçirilən yarışda "Neftçi” B qrupundakı ikinci oyununu sabah "Puls” (Yakutsk, Rusiya) klubuna qarşı keçirəcək. Komandamızın qrupdakı növbəti rəqibləri "Spiru Xaret” (Kişinyov, Moldova), "Nadejda” (Krasnodar, Rusiya) və "Qudauta” (Abxaziya) olacaq. Turnirə oktyabrın 18-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR