"Neftçi" rəsmisi: "Mirabdullanı "Səbail"ə buraxmaq fikrimiz yoxdu"

Bir müddət öncə "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovun "Səbail"ə transfer olacağı ilə bağlı məlumatlar ortaya çıxdı. Daha sonra "Səbail"in baş məşqçisi Aftandil Hacıyev də futbolçu ilə danışıq apardıqlarını və transfer etmək istədiklərini dilə gətirdi. Bu da o anlama gəlir ki, "Səbail" tərəfi Mirabdulla üçün rəqibinə rəsmi müraciət etməyə hazırlaşır.  Ancaq "Neftçi" tərəfi də bununla razılaşmır və futbolçunu saxlamaq niyyətindədi. Bəs məsələ nə yerdə qalıb? Klub "Neftçi"yə rəsmi müraciət ünvanlayıbmı?

Suallara cavab almaq üçün paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq. Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Əslində "Səbail" tərəfi qaydaları pozur. Mirabdullanın "Neftçi" ilə 1 illik müqaviləsi var. Müqaviləsi ola-ola hər hansı futbolçunun başqa klubla danışıqlar aparmağa ixtiyarı yoxdu. Bu yazılmış qanundu ki, yalnız 6 aylıq müqaviləsi qaldığı halda futbolçu başqa klubla danışıq apara bilər. Mirabdulla "Neftçi"nin futbolçusudu. "Səbail" tərəfdən bizə hər hansı rəsmi təklif daxil olmayıb. Hazırkı durumda da onu buraxmaq fikrimiz yoxdu. Abbasov futbolçudu, hansısa təklif gələ bilər. Bu normal haldı. Amma onun klubla müqaviləsi var. Futbolçunun fikrinə gəlincə, bizə heç nə deməyib. Heç onunla "Neftçi"dən getməsi ilə bağlı söhbətimiz olmayıb. Yaxud da özü getmək istədiyini deməyib. Heç bir rəsmi təklif də yoxdu".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR