"Neftçi" rəsmisinin "Keşlə" "bazar"ı

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Keşlə"nin Müşahidə Şurasının rəhbəri Zaur Axundov "Neftçi"nin idman direktoru Ceyhun Sultanovun xidmətindən faydalanır.

Sport7.az xəbər verir ki, Axundovla Sultanovun neçə illərə dayanan yaxşı münasibətləri var. Axundov Bakı təmsilçisində olduğu müddətdə Ceyhun ona daim transfer işlərində köməklik edir, oyunçu seçimi ilə bağlı məsləhətlər verir.
 
Bu mövsüm də "Keşlə" Cavid İmamverdiyev, Tural Axundov və Şəhriyar Əliyevi məhz Sultanovun xeyr-duası ilə transfer edib. Tərəflər ictimai qınağa tuş gəlməməyin yolunu da tapıblar. "Neftçi" rəsmisi danışıqlara başqa menecer qoşur və dostundan menecerlik haqqını bu yolla alır. (Fanat.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR