"Neftçi" - "Sperantsa" matçının biletləri satışda

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Sperantsa” oyununun biletləri bu gündən satışda olacaq.
 
Sport7.az xəbər verir ki, azarkeşlər qiyməti 1, 2, 5, 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionlarının kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə edə bilərlər.
 
Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.

İyulun 18-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sperantsa” oyunu saat 21:00-da başlanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR