"Neftçi" -"Sperantsa" matçının yayımında dəyişiklik edildi

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Neftçi” – "Speranta” oyununun yayımında dəyişiklik edilib.

Sport7.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi "CBC Sport” deyil, "CBC İnternational” vasitəsilə canlı yayımlanacaq.

"CBC Sport” isə bu gün saat 20.00-da startı veriləcək "Universitatya Krayova” (Rumıniya) – "Səbail” matçını canlı yayımlayacaq. Komandalar arasındakı ilk oyunda "Səbail” doğma meydanda 2:3 hesabı ilə uduzmuşdu.

"Neftçi” – "Speranta” matçı bu gün, saat 21:00-da start götürəcək. Moldova komandası ilə ilk matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə nəticələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR