AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport7.az xəbər verir ki, iclasda Premyer Liqanın 18-ci turunda baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqanın XVIII turunun "Neftçi” – "Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimə olunur;
XVIII turun "Sumqayıt” – "Zirə” oyununda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibi klub 800 manat cərimə olunur;
Sport7.az