"Neftçi" və AZAL-ın futbolçuları "İnter"də - ÖZƏL

Avroliqaya hazırlığı "İnter Arena"da keçirən "İnter" heyətini gücləndirməkdə davam edir.

Sport7.az xəbər verir ki, komandaya ötən mövsüm Türkiyənin "Fənərbaxça" klubundan "Neftçi"yə keçmiş Mirkamil Həşimli və ötən ilin yanvarından AZAL-da çıxış edən Laşa Kasradze də "İnter"in hazırlıqlarına qoşulub.

Xatırladaq ki, Mirkamil Həşimli yarımmüdafiəçi, gürcüstanlı Laşa Kasradze isə mərkəz müdafiəçisidir.

Qeyd edək ki, bunadək "İnter" mərkəz yarımmüdafiəçisi Mirhüseyn Seyidovla 6 aylıq, ukraynalı hücumçu Yuri Fomenko ilə isə 1 illik müqavilə bağlayıb. "Xəzər Lənkəran"la danışıqları uğursuz alınan Səlahət Ağayev də "İnter"lə yeni müqaviləyə razılaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR