“Neftçi” “Zirə” ilə oyuna hazırdı

“Neftçi” “Zirə” ilə oyuna hazırdı

"Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı "Zirə” ilə matçın hazırlığını başa vurub.
 
Sport7.az xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi "Bakcell Arena”da matçdan öncəki son məşqə çıxıb. 
 
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
 
Xatırladaq ki, oktyabrın 20-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 17:00-da başlanacaq. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edən oyun biletlərini "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR