“Neftçi”də “çalxalanma” davam edir

“Neftçi”də “çalxalanma” davam edir

AFFA-nın baş katibi Elxan Məmmədovun kadrı Elnur Məmmədovun "Neftçi”yə vitse-prezident təyin olunmasından sonra "ağ-qaralar”da daha bir təyinat gerçəkləşdi. AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevin oğlu Asif Əliyev də "Neftçi”yə gətirildi. "Neftçi”dəki dəyişikliklər bununla yekunlaşmayacaq.

Sport7.Az komanda.az-a istinadən xəbər verir ki,  AFFA-dakı mənbədən ötürülən məlumata görə, Elxan Məmmədovun kadrlarının "Neftçi”yə yerləşdirilməsi prosesi davam edəcək. Yaxın günlərdə uzun müddətdi klubda çalışan və klub prezidenti Sadıq Sadıqova sədaqətiylə seçilən bir neçə şəxs vəzifəsindən uzaqlaşdırılacaq.

Mənbənin verdiyi məlumata görə, hazırda "Neftçi”də icraçı direktor vəzifəsini tutan Mübariz Xudiyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə, marketinq şöbəsinin rəisi Zaur Mutəllimov, mühasibat uçotu və hesabat şöbəsinin rəisi Qədim Əsgərli, təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev istefa ərizəsi yazacaqlar. Onların yerinə isə Elxan Məmmədovun kadrları gətiriləcək.

Mənbə bildirir ki, bu prosesdən sonra Sadıq Sadıqovun ətrafında qurulan həlqə qapanacaq və onun istefaya getməkdən başqa əlacı qalmayacaq. O, "Neftçi” İSM-də işinin çoxluğunu əsas gətirərək komandadan ayrılacaq.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR