"Neftçi"də daha bir koronavirus faktı

"Neftçi" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
 
Sport7.az xəbər verir ki, həmin futbolçu artıq sağalıb.

Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, cinah müdafiəçisi Cabir Əmirlinin zədəli olduğu dönəmdə COVID-19 testi müsbət nəticələnib.

Allahverdiyev Əmirlinin koronavirusdan sağaldığını da bildirib. "O, hazırda qapıçı Səlahət Ağayevlə birlikdə fərdi məşqlər edir".

Qeyd edək ki, daha əvvəl "Neftçi"nin konqolu futbolçusu Prins İbara koronavirusdan sağalıb. Kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusa yoluxduqları üçün hazırda karantindədirlər.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR