"Neftçi"də şok: QHT rəhbəri prezident gətirilir



Son vaxtlar Azərbaycanın ən köklü futbol klubu olan "Neftçi"nin düşərgəsində gedən "hakimiyyət savaşı" öz pik nöqtəsinə çatmaq üzrədir.

"Sport7"-nin verdiyi xəbərə görə, AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov-Elxan Məmədov qruplaşması "Neftçi"də hakimiyyəti bütünlüklə ələ keçirir.

Bir müddət əvvəl Elşad Nəsirovun adamı hesab olunan Elnur Məmmədovun kluba vitse-prezident təyin olunmasından sonra, məlum qruplaşma prezident Sadıq Sadıqovun da yerinə öz kadrını təyin edir.

Əldə etdiyimiz məlumata görə, Sadıqovun yerinə QHT rəhbəri gətirilir. Belə ki, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə "Neftçi"yə prezident təyin olunur.

Təyinatın artıq yuxarı dairələrlə də razılaşdırıldığı deyilir.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR