“Neftçi”də üç itki var -

“Neftçi”də üç itki var - "Qəbələ" ilə görüş onlarsız keçiriləcək

Azərbaycan Premyer Liqasında X turunda "Qəbələ" ilə səfərdə qarşılaşacaq "Neftçi”nin itkiləri var.

Sport7.az xəbər verir ki, "ağ-qaralar”ın üç futbolçusu bu oyunda iştirak edə bilməyəcək. Stiven Monrozla qapıçı Səlahət Ağayevin zədəsi sağalmaq üzrə olsa da, onların fiziki hazırlığı qaydasında deyil. Bu iki futbolçu ilə yanaşı, kapitan Emin Mahmudov da qarşıdakı matçı buraxacaq.

Ayağında problemi olan 28 yaşlı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə gələn həftədən başlayacaq. Təcrübəli oyunçu zədə səbəbindən çempionatın son 2 turunun "Sumqayıt" (0:0) və "Qarabağ"la qarşılaşmalarında (0:6) da iştirak etməyib.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 14:00-da start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR