"Neftçi"dən 4, Gəncədə 6 qol

Birinci Divizionda 15-ci tura start verilib.

Sport7.az xəbər verir ki, turun ilk oun günündə 3 qarşılaşma baş tutub. "Neftçi-2" "Sumqayıt"ın əvəzedicilərinin qapısından 4 cavabsız qol keçirib. "Kəpəz" - "Keşlə-2" matçında isə 6 qol qeydə alınıb. Ancaq qalibi müəyyən etmək mümkün olmayıb. Nəticədə tərəflər meydandan 1 xalla ayrılmalı olub. "Turan Tovuz" isə səfərdə qonağı olduğu "Qaradağ Lökbatan"ı 2:1 hesablı məğlubiyyətə uğradıb.

Turun son iki görüşü sabah baş tutacaq. "Zirə" və "Sabah"ın əvəzediciləri Bakıda münasibətlərinə aydınlıq gətirəcəksə, "Qarabağ-2" Zaqatalaya səfər edəcək.

Birinci Divizion, 15-ci tur

"Səbail-2" - "Ağsu" 3:0 (texniki məğlubiyyət)

"Qaradağ Lökbatan" - "Turan Tovuz" 1:2
(Rüstəm Nuriyev, 55 (ö.q.) // Fərid Məmmədov, 16; Aqşin Muxtaroğlu, 28) 

"Neftçi-2" - "Sumqayıt-2" 4:0
(Vüsal Əsgərov, 25; İsmayıl Zülfüqarlı, 48; İlyas İlyasov, 66 (ö.q.); Muxtar Əliyev, 68)

"Kəpəz" - "Keşlə-2" 3:3
(Tural Qürbətov, 35; 67; Ümid Səmədov, 43 // Elmir Rəhimzadə, 11 (p.); 90+5;) 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR